Mariya Stüart (kraliça)
From Wikipedia, the free encyclopedia
Mariya Stüart (ing. Mary, Queen of Scots) (8 dekabr 1542 və ya 1542[1][2] – 8 fevral 1587[3][4][…] və ya 1587[1], Northemptonşir qraflığı[d][5]) — Şotlandiyanın Stüart sülaləsindən olan kraliçası.
Mariya Stüart | |
---|---|
ş.german Marie Stuart | |
Şotlandiya monarxı[d] | |
14 dekabr 1542 – 24 iyul 1567 | |
Əvvəlki | V Ceyms |
Sonrakı | I Yakov |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 8 dekabr 1542 və ya 1542[1][2] |
Vəfat tarixi | 8 fevral 1587(1587-02-08)[3][4][…] və ya 1587[1] |
Vəfat yeri | |
Vəfat səbəbi | baş kəsmə |
Dəfn yeri | |
Sülalə | Stüartlar |
Atası | V Ceyms[6][5] |
Anası | Fransalı Mariya[6][5] |
Həyat yoldaşları |
|
Uşaqları | |
|
|
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Şotlandiya kralı V Ceymsin həyatda qalan yeganə övladı Mariya Stüart anadan olandan 6 gün sonra atası anidən vəfat etdi və o, Şotlandiya kraliçası elan edildi. Dövlət taxt naibləri tərəfindən idarə olunmaqda idi. Mariya isə təhsili ilə əlaqədar olaraq uşaqlığının böyük bir qismini Fransada keçirdi. 1558-ci ildə hələ 16 yaşında ikən Fransa taxtının vəliəhdi Fransisklə evləndi. II Fransiskin 1559-cu ildə taxta çıxması ilə gənc Mariya Fransa kraliçası elan olundu və ərinin ölümünə qədər bu ünvanı daşıdı.
Bir il sonra ərinin ölümü ilə dul qalan Mariya Stüart 1561-ci ilin avqustunda vətəninə geri döndü. 4 il sonra o, əmisi oğlu Darnley lordu Henri Stüartla evləndi. Ancaq bu evlilik bədbəxt sonluqla bitdi. Belə ki, 1567-ci ilin fevral ayında yaşadıqları köşkdə baş verən partlama nəticəsində Henri Stüart yaralandı və onun cəsədi bağçada yanmış şəkildə tapıldı. Yayılan şayələrə görə, Henri Stüartın ölümü Boutvil lordu Ceyms Hepbörn tərəfindən tərtib edilmişdi. Ancaq 1567-ci ilin aprel ayında baş tutan məhkəmədə Ceyms Hepbörn günahsız görüldü. Hətta məhkəmədən bir ay sonra Mariya Stüart Ceyms Hepbörnlə evləndi.
Ancaq bu evlilik Şotland əsizadələr və zadəganlar tərəfindən qəbul edilməz idi. Nəhayət cütlüyə qarşı başlayan üsyan nəticəsində Mariya Stüart ələ keçirildi və Lock Leven qalasına həbs olundu. Bir müddət sonra — 24 iyul 1567 tarixində Mariya Stüart Darnley lordu Henri Stüartdan olan oğlu 1 yaşlı Ceymsin lehinə zorla taxtdan əl çəkdirildi. Taxtı yenidən ələ keçirmək üçün göstərdiyi uğursuz cəhdin ardından Mariya Stüart İngiltərə kraliçası olan qohumu I Elizabetdən kömək istəmək məqsədilə gizlicə cənub sahillərinə qaçdı. Ancaq daha sonra Mariya İngiltərə taxtında haqq iddia etdi və "Şimalın yüksəlişi" adı verilən üsyanı başladaraq ölkədəki bütün katoliklərin liderliyini ələ keçirdi. Ardından I Elizabet onu İngiltərənin müxtəlif qalalarına həbs etdi. Təqribən 18 illik həbs həyatının ardından Mariya Stüart I Elizabetə sui-qəsd təşkil etməklə təqsirləndirildi və ardından 8 fevral 1587 tarixində edam edildi.