Marvel Kinematoqrafiya Kainatı
Komikslərə əsaslanan amerikan film kainatı / From Wikipedia, the free encyclopedia
Marvel Kinematoqrafiya Kainatı (ing. Marvel Cinematic Universe, MCU) və ya qısaca MKK – Marvel Studios tərəfindən Marvel komiksləri əsasında ərsəyə gətirilmiş və özündə superqəhrəmanlar haqqında filmlər seriyasını birləşdirən kinematoqrafiya kainatı. Bu kainat bir neçə filmin ümumi sujet xəttində əlaqələndirilməsi nəticəsində yaradılmışdır.
Marvel Sinematik Kainatı | |
---|---|
Yaradıcı | Marvel Studios |
Sahib | The Walt Disney Company |
İllər | 2008- |
Yazılı nəşrlər | |
Kitablar | Marvel kino kainatı kitabları |
Komikslər | Marvel Sinematik Kainat komiksləri |
Film və televiziya | |
Filmlər | Uzunmetrajlı filmlər Qısametrajlı filmlər |
Veb seriyaları | Iron Man The Incredible Hulk |
Audio | |
Orijinal musiqi | Marvel Sinematik Kainatının Musiqisi |
Oyuncaqlar | Qəhrəmanların heykəlləri |
Filmlər əsasən müstəqil süjetə malik olub və ayrı-ayrı superqəhrəmanlardan bəhs edir. Bundan başqa bu qəhrəmanların bir araya gəldiyi krossoverlərdə mövcuddur.
Artıq 26 film buraxılmışdır: "Dəmir adam" (2008), "Möhtəşəm Halk" (2008), "Dəmir adam 2" (2010), "Tor" (2011), "Birinci qisasçı"(2011), "Qisasçılar"(2012), "Dəmir adam 3" (2013), "Tor 2: Zülmət aləmi" (2013), "Birinci qisasçı: Başqa müharibə" (2014), "Qalaktika mühafizəçiləri" (2014), "Qisasçılar: Altron erası"(2015), "Qarışqa-adam" (2015), "Birinci qisasçı: Qarşıdurma" (2016), "Doktor Strenc" (2016), "Qalaktika mühafizəçiləri 2" (2017), "Hörümçək-adam: Evə qayıdış" (2017), "Tor: Raqnarök" (2017), "Qara pantera" (2018), "Qisasçılar: Sonsuzluq savaşı" (2018), "Qarışqa-adam və Arı" (2018), "Kapitan Marvel" (2019), "Qisasçılar: Final" (2019), "Hörümçək-adam: Evdən uzaqda" (2019), "Qara dul" (2021), "Şanq Çi: On üzük əfsanəsi" (2021), "Əbədilər" (2021) və "Hörümçək-adam: Evə yol yoxdur" (2021).
Növbəti illər üçün daha 7 filmin premyerası planlaşdırılıb: "Doktor Strenc: Dəlilik multikainatında", "Tor: Sevgi və İldırım", "Qara pantera: Əbədi Vakanda", "Marvellər", "Qalaktika mühafizəçiləri 3", "Qarışqa-adam və Arı: Kvantmaniya", "Fantastik dördlük".