Millətlər Birliyi
Millətlər Birliyi, və ya Birlik ; 1946-cı ilə qədər Britaniya Millətlər Birliyi — Hökumətlərarası təşkilatdır / From Wikipedia, the free encyclopedia
Millətlər Birliyi[1] (ing. Commonwealth of Nations), və ya Birlik (ing. Commonwealth); 1946-cı ilə qədər Britaniya Millətlər Birliyi (ing. British Commonwealth of Nations) — Hökumətlərarası təşkilatdır.[2] Millətlər Birliyində 56 müstəqil ölkə bir-birini dəstəkləyir, demokratiya və inkişaf istiqamətində birgə məqsədlər yolunda çalışır.
Millətlər Birliyi | |
---|---|
Commonwealth of Nations | |
Növü | Milli |
Yaranma tarixi | 1926 / 1931 / 1949 |
Rəsmi dili | İngilis dili |
Mərkəzi | London |
Sədr | III Çarlz |
thecommonwealth.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Dünyanın ən böyük və ən kiçik, ən varlı və ən kasıb ölkələri birləşərək Birliyi əmələ gətirir. Millətlər Birliyi müxtəlif inanc və etnik mənşəyə mənsub iki milyard insanı özündə birləşdirir. Üzv ölkələri altı qitə o cümlədən Afrika (21), Asiya (9), Okeaniya, Amerika (3) Karib hövzəsi (10), Avropa (2), Cənub Sakit okean təmsilçiləri (11) birləşdirir. Bu ölkələrin ikisindən başqa hamısı keçmiş Böyük Britaniya İmperiyasının tərkibində olmuşdur.[3]