Məntiq
təfəkkürün qanun və formaları haqqında elm / From Wikipedia, the free encyclopedia
Məntiq (yun. λογική) — "mülahizələr haqqında elm", "fikirlərdə və fəaliyyətdə əlaqələr haqqında elm" — məntiqi dillə intellekt dərketmənin qanunları, metodları və formaları haqqında elmdir. Məntiq haqqında biliklər təfəkkürlə alındığından, o düzgün təfəkkür haqqında elm kimi də götürülə bilər. Eyni zamanda məntiq təsdiq və ya təkzib metodları haqqında elm kimi də qəbul edilə bilər. Məntiq qazanılmış təcrübə və dərketmə vasitəsilə həqiqətin əldə edilməsi elmi də adlandırılır.
Məntiq elminin inkişafında Aristotel və Qottlob Fregenin rolu böyükdür. Məntiq əsas olaraq iki hissəyə bölünür. Ənənəvi məntiq üzərində qurulmuş Formal məntiq və formal məntiq üzərində qurulmuş Riyazi məntiq.
Məntiq bütün elmlərin instrumenti kimi götürülür.