Nüvə enerjisi
From Wikipedia, the free encyclopedia
Nüvə enerjisi — nüvə parçalanması və ya birləşməsi ilə müşayət olunan nüvə reaksiyası zamanı yaranan enerji. Sənayedə elektrik enerjisinin əldə edilməsi üçün tətbiq olunan texnologiyaya da nüvə enerjisi deyilir. Nüvə birləşməsinin praktiki tətbiqi hələ tədqiqat mərhələsində olsa da, nüvə parçalanması artıq 1950-ci illərdə uranın tətbiqi ilə sınaqdan keçirilmiş və geniş tətbiq olunmuşdur.
Nüvə enerjisi adətən uran 235 və ya plutoniumun tətbqiqi ilə zəncirvari reaskiya nəticəsində əldə edilir. Nüvəyə neytronlar düşdükdə o parçalanaraq yeni neytronlar və qalıqlar alınır. Alınan bu hissəciklər yüksək kinetik enerjiyə malik olurlar. Qalıqların başqa atomlarla toqquşması zamanı bu kinetik enerji istiliyə çevrilir.
Nüvə partlamasına ilk dəfə 1934-cü ildə Enriko Fermi təcrübə yolu ilə nail olub. İlk dəfə 1951-ci il dekabrın 20-də nüvə reaktorundan elektrik enerjisi əldə olunub. Prezident Dvayt Eyzenhaver 1953-cü ilin dekabrında “Atomlar Sülh üçün” çıxışında atomun faydalı istifadəsini vurğulamış və ABŞ-nin nüvə enerjisinin beynəlxalq istifadəsini dəstəkləyən güclü dövlətlər sırasında olduğunu bildirmişdi. Bugün nüvə enerjisi hər il 2,5 milyard ton karbon qazının ayrılmasının qarşısını almaqla dünya elektrik enerjisinin 16%-ni təmin edir, digər halda isə elektrik enerjisi kömür kimi mədən yanacaq ərimələrindən əldə edilir. Nüvə enerjisindən atom elektrik stansiyalarında (AES), atom sualtı gəmilərində istifadə olunur. Bu enerjinin kosmik gəmilərdə tətbiqi üzrə sınaqlar aparılır.