Petro Poroşenko
Ukrayna biznesmeni, milyarderi və siyasətçisi / From Wikipedia, the free encyclopedia
Petro Oleksiyovıç Poroşenko (ukr. Петро Олексійович Порошенко; 26 sentyabr 1965[1][2][…], Bolqrad[d], Odessa vilayəti) — Ukrayna Respublikasının 5-ci Prezidenti (2014–2019). Eyni zamanda biznesmen, milyarderi və siyasətçi.[3][4][5][6]. Forbes jurnalının (2013, fevral) rəyinə görə öz varidatına görə Ukrayna varlıları arasında 5-ci yer tutur (varidatı — $1,8 milyard)[7]. Ukrayna xalq deputatı, "Ukrprominvest" konserninin təsisçisi və fəxri prezidenti.
Petro Poroşenko | |
---|---|
ukr. Петро́ Олексі́йович Пороше́нко | |
Ukraynanın xalq deputatı[d] | |
12 may 1998 – 14 may 2002 | |
Ukraynanın xalq deputatı[d] | |
14 may 2002 – 8 sentyabr 2005 | |
Avropa Şurası Parlament Assambleyasının əvəzedici üzvü[d] | |
22 yanvar 2001 – 25 noyabr 2005 | |
Ukraynanın xalq deputatı[d] | |
25 may 2006 – 15 iyun 2007 | |
Ukraynanın xalq deputatı[d] | |
12 dekabr 2012 – 3 iyun 2014 | |
7 iyun 2014 – 20 may 2019 | |
Əvvəlki | Aleksandr Turçinov |
Sonrakı | Volodimir Zelenski |
Ukraynanın xalq deputatı[d] | |
Vəzifədədir | |
29 avqust 2019-cu ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 sentyabr 1965(1965-09-26)[1][2][…] (58 yaş) |
Doğum yeri |
|
Partiya | |
Fəaliyyəti | iş adamı, siyasətçi, diplomat, iqtisadçı, təşəbbüskar |
Həyat yoldaşı |
|
Dini | şərqi ortodoks xristianlıq, Ukrayna Pravoslav Kilsəsi |
Hərbi xidmət | |
Rəhbərlik edib | |
Döyüşlər | |
Rütbəsi | ali baş komandan[d] |
Elmi fəaliyyəti | |
Elmi dərəcəsi |
|
|
|
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
1998–2005-ci və 2006–2007-ci illərdə Ukrayna Ali Radasının xalq deputatı, Ukrayna Respublikası Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi (fevral-sentyabr 2005-ci il), Ukrayna Respublikasının Milli Bank Şurası rəhbəri (2007–2012-ci illər), Ukrayna Respublikasının xarici işlər naziri (2009–2010-cu illər), Ukrayna Respublikasının iqtisadi inkişaf və ticarət naziri (mart-noyabr 2012-ci il).
Poroşenko məşhur "Roshen" qənnadı və "Bogdan" avtomobil korporasiyalarının da sahibidir[8].