Pillnitz sarayı
From Wikipedia, the free encyclopedia
Pillnitz sarayı (alm. Schloss Pillnitz) — Almaniyanın Saksoniya əyalətinin Drezden şəhərinin şərq qurtaracağında yerləşən bərpa edilmiş barokko stilli saray-qəsr kompleksidir. Saray keçmiş Pillnitz kəndi ərazisində, Elba çayının sahilində inşa edilib. Bir çox Saksoniya krallarının yay iqamətgahı olan saray, həm də 1791-ci ildə imzalanmış "Pillnitz bəyannaməsi" ilə məşhurdur.
Pillnitz sarayı | |
---|---|
Schloss Pillnitz | |
| |
51°00′32″ şm. e. 13°52′12″ ş. u. | |
Ölkə | Almaniya |
Şəhər | Drezden |
Yerləşir | Saksoniya |
Tikilmə tarixi | XIV əsr |
Üslubu | barokko |
Vəziyyəti | muzey |
Rəsmi sayt |
schlosspillnitz.de/en/ho… schlosspillnitz.de/de/st… schlosspillnitz.de/cs/hl… schlosspillnitz.de/pl/st… |
Vikianbarda əlaqəli mediafayllar |
Pillnitz saray kompleksi üç əsas binadan ibarətdir ki, onlardan da ikisi Şinuazri elementləri olan barokko stilli, Elba sahilində yerləşən Çaykənarı saray (Wasserpalais), təpənin üzərində yerləşən Yuxarı saray (Bergpalais), üçüncüsü isə sonradan neoklassik üslubda inşa edilmiş və iki binanı əlaqələndirən Yeni saray (Neues Palais) binasıdır. Kompleksə barokko stilli bağ və bütün ətrafı əhatə edən geniş ictimai park da daxildir.
Hazırda sarayda Drezden Dövlət Sənət Kolleksiyasının bir hissəsi olan Sənət və Əl işləri Muzeyi (Kunstgewerbemuseum) və Saray muzeyi (Schlossmuseum) yerləşir.