Qacar şahbanusu
From Wikipedia, the free encyclopedia
Qacar şahbanusu və ya Şahənşahül Şahbanuye-Qacariyyə (شهبانو) — Qacar imperiyası dövründə ən yüksək dövlət adlarından biridir, Qacar İmperiyasını idarə edən şahın qanuni xanımı olan əsas (baş) xanımına deyilirdi.[2] Qacariyyə Şahbanusu anlayışı XVIII əsrdə formalaşmışdır, şahın anası isə "Məhdi Ülya" adlandırılırdı. Qacarlar sülaləsinin ilk şahbanusu Ağa Məhəmməd şah Qacarın həyat yoldaşı olan Xanbacı adını almış Andriana adlı ABŞ səfirinin qızı olmuş xanımdır.[3] Sonuncu şahbanu isə Əhməd şah Qacarın sonuncu həyat yoldaşı Fatiməbanu xanım olmuşdur.[4] Məlum məsələdir ki, şahbanu adını şahın həyatda olan xanımı əldə edirdi, o vəfat edərdisə, digər bir xanımı və yaxud şahın bacısı şahbanu ola bilirdi.[5] Həyat yoldaşı vəfat edəndən və yaxud hakimiyyətdən gedəndən sonra xanım şahbanu ola bilməzdi. Şahbanu adını alan bir hökmdar xanımının nəvələri və övladları da var idi.[6] Qacar İmperiyasını tarixində 16 nəfər şahbanu olmuş və onlardan 10 nəfəri Azərbaycan Türkü olmayan başqa millətlərin nümayəndələri idilər.[7]