Rus-Qumuq müharibələri
From Wikipedia, the free encyclopedia
Rus-Qumuq müharibələri[1] (qumuqca:Orus-Qumuq Dawlar) — XVI-XIX əsrlər boyunca, eləcə də XX əsrin əvvəllərinə qədər davam etmiş və ruslarla qumuqlar arasında baş vermiş üsyanlar, hərbi münaqişələr nəzərdə tutulur.
Rus-Qumuq müharibələri | |||
---|---|---|---|
Rusiyanın Qafqaz işğalları | |||
| |||
Tarix | XVI əsrdən başlayaraq XX əsrin əvvəllərinə qədər müxtəlif formada davam etmişdir. | ||
Səbəbi |
* Rusiyanın Qafqazın içlərinə doğru genişləməsi və qumuqların buna müqavimət göstərməsi. Ruslar Qafqazı tamamilə ələ keçirdikdən sonra isə müstəməkə siyasətinə qarşı qumuqların müqavimət göstərməsi |
||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
XVI əsrdən etibarən Rus çarlığı və ya daha sonrakı adı ilə Rusiya imperiyası ilə müxtəlif qumuq dövlətləri, bəylikləri arasında hərbi münaqişələr yaşanmışdır. Rusiya ilə hərbi münaqişəyə girmiş qumuq dövlətləri Tərki şamxallığı, Mehdioğlu xanlığı, Endirey bəyliyi, Utamış sultanlğı, Qaytaq usmiliyi və digər dağıstanlı qurumlardır. XVIII əsrin sonunda, eləcə də Qafqaz müharibəsinin sonunda, XIX əsr boyunca və XX əsrin əvvəllərində bu münaqişə şamxallıq ərazisində, Şimali Qumuqiyada, Cənubi Qumuqiyada üsyanlar, ayrı-ayrı kəndlərin müstələkə siyasətinə qarşı etirazları formasında davam etmişdir. Bu münaqişələr nəticəsində xeyli sayda qumuq icmaları və kəndləri ruslar tərəfindən tamamilə dağıdılmışdır.