Sünbül (çiçək)
çiçək / From Wikipedia, the free encyclopedia
Sünbül və ya Başaq (lat. Spica) — çiçək qrupu; uzunsov sünbül oxu üzərində yerləşən oturaq çiçəklərdən (sadə sünbül), yaxud bir neçə çiçəyi olan sünbülcüklərdən (mürəkkəb sünbül) ibarətdir. Bağayarpağı, səhləb çiçəklilərin çoxu və s. sadə sünbülə, buğda, arpa, çovdar və s. taxıllar mürəkkəb sünbülə malikdir.