SMS Blücher
Almaniya İmperiyasının zirehli gəmisi. / From Wikipedia, the free encyclopedia
SMS Blücher ([qeyd 1] tələffüzü: SMS Blüşer) — Almaniya İmperatorluq Donanmasının son emal edilən zirehli kreyseri. Alman kəşfiyatına görə, səhv olaraq Britaniyanın Invincible sinfi döyüş kreyseri sinfinə aid olduğu zənn edilən xüsusiyyətlərə görə hazırlanan Blücher, əvvəlki zirehli kreyserlərə görə daha böyük olub, daha çox ağır silah daşısa da böyüklük və silah baxımından Böyük Britaniya ilə Almaniya donanmalarında zirehli kreyserlərin yerinə gətirilən döyüş kreyserləri ilə rəqabət edə biləcək mövqedə deyil idi. Gəmi, adını 1815-ci ildəki Vaterlo döyüşündə Prussiya qüvvələrinə əmr edən General-feldmarşal Qebhard Leberext von Blüşerdən almışdı.[1]
SMS Blücher | |
---|---|
| |
Ölkə | Almaniya |
Təşkilat | Almaniya HDQ |
Dövrü | XX əsr |
Salınma tarixi | 11 aprel 1908 |
Batma tarixi | 24 yanvar 1915 |
İstehsalçı |
Kaiserliche Werft Kil |
İstehsal yeri | Kil |
Tipi | Zirehli kreyser |
Sinifi | Buxarlı |
İştirak etdiyi döyüşlər | Doqqer Bank döyüşü |
Top |
|
Heyət |
|
Sürəti | 25,4 |
Uzunluğu | 161,8 |
Eni | 24,5 m |
Su sıxışdırması | 8,84 m |
Tərsanə nömrəsi | 33 |
Vikianbarda əlaqəli mediafayllar |
Blücher, 1907-ci və 1909-cu illəri arasında Kil şəhərindəki Kaiserliche Werft Kiel (azərb. Kil İmperatorluq Tərsanəsi) limanında inşa edilmişdir. Gəmi ilk səfərinə 1 oktyabr, 1909 tarixində başlamışdır. Birinci Dünya Müharibəsinin ilk mərhələləri də daxil olmaq üzrə vəzifə müddətinin çoxunu I Kəşfiyyat Qrupuna bağlı olaraq keçirən Blücher, 1914-cü ildə Skarborou, Hertlepol və Vitbi ilə Yarmot basqınlarında iştirak etmişdir.
24 yanvar 1915 tarixində baş vermiş Doqqer Bank döyüşü əsnasında, vitse-admiral Deyvid Bitti əmrindəki Britaniya döyüş kreyseri donanmasının top atışlarında zərər görən Blücher, yavaşladı. Kontr-admiral Franz von Hipper, alman döyüş kreyserlərini təqib edən Britaniya donanmasının fikrini yayındırmaq üçün Blücher-i arxada buraxdı. Britaniya gəmilərinin ağır artilleriya atəşi qarşısında gəmi batarkən, həyatda qalan alman ekipajı britaniyalı əsgərlər tərəfindən xilas edilirdi. Bir alman zeplininin batmaqda olan Blücher-i Britaniya donanmasına aid olan bir döyüş kreyseri zənn edərək səhvən bombalaması səbəbiylə Britaniya əsgərləri məcbur olaraq geri çəkildilər. Verilən itkilərin sayı qəti olaraq bilinmir, amma təxmin edilir ki, 747–1.000 arasındadır.