Smolar şəlaləsi
From Wikipedia, the free encyclopedia
Smolar şəlaləsi (mak. Смоларски Водопад) — Makedoniya Respublikasının şərqində Yunanıstan ilə sərhəddə yerləşən şəlalə. Şəlalə Belasisa dağının şimal ətəklərində yerləşir. Şəlalə Lomnisa çayının orta axarlarında, sıx meşəlik daxilində qərarlaşır. Bu təbiət abidəsi dəniz səviyyəsindən 600 metr hündürlükdədir. Şəlalədən şimalda ona ən yaxın yaşayış məntəqəsi olan Smolari kəndi yerləşir. İnzibati baxımından Makedoniya Respublikasının Cənub-Şərq regionu, Strumisa icmasına daxildir.
Cəld faktlar Ümumi məlumatlar, Hündürlüyü ...
Smolar şəlaləsi | |
---|---|
Ümumi məlumatlar | |
Hündürlüyü | 40 m |
Yerləşməsi | |
41°21′55″ şm. e. 22°53′57″ ş. u. | |
Ölkə | Şimali Makedoniya |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla