Smolenskdə təyyarə qəzası
From Wikipedia, the free encyclopedia
10 aprel 2010-cu il tarixində Smolenskdə qəzaya uğramış təyyarədə Polşa prezidenti Lex Kaçinski və xanımı, ölkənin sabiq prezidenti Rışard Kaçorovski, Milli Yaddaş İnstitutunun prezidenti Yanuş Kurtıka, general Tadeuş Ploski, Polşa ordusunun pravoslav yepiskopu və briqada generalı Miron Çodavski, Milli Bankın rəhbəri Slavomir Skşipek, sabiq müdafiə naziri və Polşa prezidentliyinə keçmiş namizəd Yeji Şmaydzinski, Prezident Katibliyinin rəhbəri Vladislav Stasyak, Baş Qərargah rəisi Frantişek Qonqor da olub.
Bu məqalədəki məlumatların yoxlanılabilər olması üçün əlavə mənbələrə ehtiyac var. (may 2024) |
Smolenskdə təyyarə qəzası (10 aprel 2010) | |
---|---|
Ümumi məlumatlar | |
Tarix | |
Qəza səbəbi | Dəqiq məlumat yoxdu |
Yer | Smolensk, Rusiya |
Ölkə | |
Yaralı sayı | 0 |
Ölü sayı | 96 |
Təyyarə | |
Təyyarə modeli | Tupolev Tu-154 |
Havayolu şirkəti | Polşa Havayolları |
Qalxma yeri | Polşa Frédéric Chopin adına aeroport, Varşava |
İstiqamət | Varşava → Smolensk |
Uçuş nömrəsi | PLF101 |
Vikianbarda əlaqəli mediafayllar |
Lex Kaçinski Smolensk vilayətinin Katın kəndində anım tədbirlərində iştirak etməliydi. 1940-cı ilin yazında polşalı zabitlər həmin kənddə güllələnib. Polşa prezidenti ilə bərabər, güllələnmiş zabitlərin övlad və nəvələri də təbirə qatılmalıydılar. Lex Kaçinski Smolenskə təyyarə ilə, oradan Katına isə xüsusi qatarla getməliydi.
Məlum olub ki, Polşa prezidentinin təyyarəsi qəzadan əvvəl 3-4 dəfə eniş cəhdi edib. Smolensk vilayət administrasiyasının mətbuat xidmətindən bildiriblər ki, qəzaya səbəb pis hava şəraiti olub: «Pis hava şəraiti üzündən təyyarə 3-4 dəfə cəhd etsə də, eniş alınmayıb. Dispetçer pilotlara 200 kilometr aralıda olan Minsk aeroportuna eniş etməyi məsləhət görsə də, təyyarənin heyəti öz qərarı ilə enişi məhz Smolenskdə etməyə çalışıb».