Spratli arxipelaqı
From Wikipedia, the free encyclopedia
Spratli[1] (vyet. Quần Đảo Trường Sa — Çıonqşa[2][3], çin. 南沙群島, taqal Kapuluan ng Kalayaan) — Cənubi Çin dənizinun cənub-qərbində yerləşən arxipelaq. Adalarda daimi yaşayış olmasa belə 4 aeroport fəaliyyət göstərir. Hazırda adalar balıçılıq təsərrüfatı rayonu rolunu oynayır.
Spartli arxipelaqı | |
---|---|
vyet. Quần Đảo Trường Sa, çin. 南沙群島, taqal Kapuluan ng Kalayaan | |
Ümumi məlumatlar | |
Adaların sayı | >100 |
Ümumi sahəsi | 5 km² |
Hündür nöqtəsi | 4 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
08°38′ şm. e. 111°55′ ş. u. | |
Ölkələr | |
Akvatoriya | |
Vikianbarda əlaqəli mediafayllar |
Arxipelaq ərazisimə altı ölkə iddia edir: Vyetnam, Çin, Tayvan, Malayziya, Filippin və Bruney. Adaların ümumi sahəsinin az olmasına baxmayaraq regionda mövcudluq baxımından əhəmiyyətlidir. Burada böyük miqdarda qaz və neft yataqlarının olması ehtimal edilir. ABŞ Ebergetika Nazirliyinin məlumatına görə adalar ərazisində 5,4 mld barel neft, 55,1 trilion kubmetr qaz vardır.[4]
Arxipelaqa daxil 45 adaya Vyetnan, Çin, Malayziya, Filippin və Tayvan öz ordusunu yerləşdirmişdir. Cənub riflərində isə Bruneyin balıqçılıq zonasıdır. Ancaq bu ölkə rəsmi iddia qaldırmamışdır.