Taal gölü
From Wikipedia, the free encyclopedia
Taal — Filippində şirin sulu göl. Göl Luson adasında yerləşir. Batanqas əyalətinə aiddir. Göl əsasən nəhəng Taal kalderinin çuxurunda yerləşir. Taal kalderi 500 000—100 000 il əvvəl baş vermiş nəhəng püskürmə zamanı formalaşmışdır. Taal gölü ölçüsünə görə Filippinin üçüncü gölüdür (Bay və Lanao göllərindən sonra). Gölün mərkəzində eyni adlı vulkan mənşəli Taal adası (Taal vulkanı) yerləşir. Vulkanik adanın kraterində kiçik göl yerləşir. Bu, dünyadakı adada (Luson) yerləşən gölün (Taal gölü) içində olan adanın daxilində qeydə alınan ən böyük göldür[1]. Maraqlıdır ki, bu gölün mərkəzində də çox kiçik ada - Point-vulkanı var.[2] Point-Vulkanı dünyada fəaliyyətdə olan ən kiçik vulkan və ya adada yerləşən gölün daxilindəki adada olan digər göldəki ən böyük adadır[3].
Taal | |
---|---|
taqal タールこ | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 5 m |
Eni | 18 km |
Uzunluğu | 26 km |
Sahil uzunluğu | 115 km |
Sahəsi | 234,2 km² |
Dərin yeri | 172 m |
Minerallaşma tipi | şirin |
Yerləşməsi | |
13°59′05″ şm. e. 123°00′57″ ş. u. | |
Ölkə | Filippin |
Vikianbarda əlaqəli mediafayllar |