Tar (səhra)
From Wikipedia, the free encyclopedia
Tar səhrası (hind. थार मरुस्थल) (və ya Marustxalli, Böyük hind səhrası) — Hindistanın şimal-qərbində və Pakistanın cənub-şərqində yerləşir. Sahəsi 446-min km² təşkil edir. Səhranın uzunluğu 850 km, eni 485 km təşkil edir. Səhra Hindistanın Pacastxan, Bikaner, Çuru, Şri-Qanqanaqar, Xanumanqarx vilayətləri və Xaryana və Pəncab ştatları ərazisini əhatə edir. Pakistanın isə Sind və Pakistan[1] Pəncabı ərazilərini əhatələyir. Pakistanda səhra Xolistan səhrası adlandırılır.
Tar səhrası | |
---|---|
hind. थार मरुस्थल | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 457 m, 61 m |
Sahəsi | 446,000 km² |
Uzunluğu | 850 km |
Eni | 485 km |
Yerləşməsi | |
26°59′00″ şm. e. 71°00′00″ ş. u. | |
Ölkələr | |
Vikianbarda əlaqəli mediafayllar |
Tropik iqlimə malikdir. İl ərzində 90 mm yağıntı düşür. Şərqdə isə mussonlar zamanı 200 mm yağıntı düşə bilir. Qum tufanları müşahidə edilir. Səhrada olan göllərin suyunun səviyəsi isti aylarda kəskin enir və quruyaraq takırlar əmələ gətirir. Qrunt sularının səthə yaxınlığı səbəbindən soranlıqlar üstünlük təşkil edir. Səhrada əsasən akasiyalar, cuzqunlar və digər bitkilər bitir. Hind çayının axdığı düzənlik boyunca oazislərə rast gəlinir. Tar səhrasında bitki örtüyü dihər səhralara nisbətən zəngindir[2]