Vərziqanda helikopter qəzası (2024)
2024-cü ilin mayında İranda baş vermiş hadisə / From Wikipedia, the free encyclopedia
Vərziqanda helikopter qəzası — İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin və digər dövlət rəsmilərinin içində olduğu helikopterin 2024-cü ilin 19 may tarixində yerli vaxtla günorta saat 13:30 radələrində qəzaya uğradığı hadisə. Hadisə Vərziqan yaxınlığında baş verib.[3] Bell 212 markalı helikopterin Xudafərin körpüsündən Təbriz şəhərinə doğru hərəkətdə olarkən baş verib.
Vərziqanda helikopter qəzası | |
---|---|
| |
Ümumi məlumatlar | |
Tarix |
|
Qəza növü | İlkin ehtimallara görə pis hava şəraiti səbəbindən təcili edilmiş qəza enişi |
Qəza səbəbi | Qəza enişi, hava şəraiti |
Yer | Vərziqan yaxınlığı, Şərqi Azərbaycan ostanı |
Koordinatlar | 38°44′34″ şm. e. 46°39′37″ ş. u. |
Ölkə | İran |
Sərnişin sayı | 4+ |
Komanda | 4 |
Ölü sayı | |
Qurtulan sayı | 0 |
Qalxma yeri | Qız Qalası SES |
İstiqamət | Təbriz, İran |
Vikianbarda əlaqəli mediafayllar |
Qəza enişi etmiş helikopterdə İran Prezidenti İbrahim Rəisi, Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan ostanının qubernatoru Malik Rəhməti, İranın Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimi, İran Prezidentinin mühafizə xidmətinin əməkdaşı Mehdi Musəvi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ənsar Əl-Mehdi batalyonunun əməkdaşı, iki pilot və Kruçev adlı naməlum bir şəxs olub.[4][5][6] İran Qızıl Aypara Cəmiyyətinin 20 may tarixində yerli vaxtla səhər saatlarında yaydığı məlumata görə helikopterdə olan 9 nəfər o cümlədən İran Prezidenti İbrahim Rəisi, Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahiyan, Şərqi Azərbaycan ostanının qubernatoru Malik Rəhməti, İranın Ali Rəhbərinin Şərqi Azərbaycan ostanındakı nümayəndəsi Məhəmməd Əli Əl-Haşimi, İran Prezidentinin mühafizə xidmətinin əməkdaşı briqada generalı Mehdi Musəvi, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Ənsar Əl-Mehdi batalyonunun əməkdaşı, iki pilot və Kruçev adlı naməlum bir şəxs həlak olublar.[7][8]
İran televiziya kanallarının verdiyi məlumata görə xilasetmə əməliyyatları güclü yağış, duman və güclü külək kimi əlverişsiz hava şəraiti səbəbindən çətinliklə aparılır. Ərazinin sıx meşə və dağlıq relyefli olması da axtarış-xilas etmə işlərini çətinləşdirən amillərdən hesab olunur. İranlı dövlət rəsmilərini daşıyan helikopterin axtarış işlərinə pilotsuz təyyarələr, axtarış-xilasetmə qrupları, xüsusi təlim keçmiş itlər və Kopernik peyk sistemi cəlb edilib.[9][10]
Helikopterin qəza enişi etməsindən sonra axtarış-xilasetmə işlərinə dəstək məqsədilə Türkiyədən bölgəyə göndərilən[11][12] Bayraktar Akıncı pilotsuz uçuş aparatı hadisə yerini müəyyən etmişdir.[13][14]