Vikipediya:Mükafatlar
From Wikipedia, the free encyclopedia
Vikipediya mükafatları — hər bir Vikipediya istifadəçisinin digər istifadəçiyə onun Azərbaycanca Vikipediyada çəkdiyi zəhmətə görə layiq bildiyi fərqləndirmə nişanıdır.
|
Mükafatların nişan adları (orden, nişan, mükafat, ulduz və s.) və fərqləndirmə sahəsi müxtəlif ola bilər və vikicəmiyyət tərəfindən ciddi etiraza səbəb olmamalıdır. Mükafatlar ayrı-ayrı istifadəçilər tərəfindən də təsis oluna bilər. Mükafatlandırılan istifadəçi onun səbəbini lakonik dildə bildirməlidir. Təltif mükafatın adına və statusuna uyğun olmalıdır.
İstifadəçilərin mükafatlandırılması məhdudiyyətsiz və eyni mükafatdan bir neçə dəfə ola bilər. Mükafatlar arasında azı bir ay fasilə olması arzu ediləndir, lakin bunla bağlı rəsmi məhdudiyyət yoxdur.
Mükafatdan imtina presidenti istifadəçilər arasında konfliktə gətirib çıxartmamalıdır. İstifadəçinin özünə yazılı şəkildə mükafat istəməsi etik hesab olunmur.
Mükafatlandırma prosesi ciddi qəbul edilməməlidir. Bu vikipediyada mehribanlıq və yüksək işçi əhval-ruhiyyə yaratmaq üçün əlavə vasitədir.
Vikipediyada zəhməti olan hər bir kəsin mükafatlandırılması arzu ediləndir. İnzibatçıların bu məsələni daima nəzarətdə saxlaması tövsiyə olunur.