Yaradılış sütunları
From Wikipedia, the free encyclopedia
Yaradılış sütunları — Yer kürəsindən 6500-7000 işıq ili uzaqlığında olan NGC 6611-dəki ulduzlararası qaz və tozun fil xortumlarının Habbl teleskopu tərəfindən çəkilmiş fotosu.[1] Qaz və toz yeni ulduzların yaranması prosesində iştirak etdiyinə və yaxınlıqda yeni formalaşan ulduzlardan gələn işıq ilə aşındığına görə buraya belə bir ad verilib.[2] 1 aprel 1995-ci ildə çəkilən foto Space.com tərəfindən Habblın çəkdiyi ən yaxşı 10 fotodan biri adlandırılıb.[3] Fotodan məsul astronomlar Arizona Ştat Universitetindən Ceff Hester və Paul Skavndır. 2011-ci ildə region Avropa Kosmik Agentliyinin Herşel Kosmik Teleskopu tərəfindən yenidən ziyarət edilib.