Zəhərli heyvan
From Wikipedia, the free encyclopedia
Zəhərli heyvanlar — müxtəlif dəstəyə və növə daxil olan heyvanların orqanizmində daima və ya müəyyən dövr ərzində formalaşan xüsusi maddə, insanların və digər canlıların həyatı üçün təhlükə doğurur. Bu canlılarda əsasən zəhər xüsusi kisəçiklərdə toplanılır. Bu toplanan zəhər həmin canlının müdafiə və hücum orqanı funksiyasını yerinə yetirir. Bəzi canlılarda zəhər onların dərilərində toplanır. Bu isə onlardan qida kimi istifadəsini mümkünsüz edir. Zəhərləri müxtəlif təsir və xüsusiyyətlərə malikdir: zəhər bəzi halda canlını qısa müddətli iflic, bəzi halda isə öldürür.