Zaman bəy Şeyxəlibəyov
From Wikipedia, the free encyclopedia
Zaman bəy Şeyxəli bəy oğlu Şeyxəlibəyov (7 noyabr 1838, Şəki – 6 may 1904, Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu) — dövlət xadimi, diplomat, tərcüməçi, dövlət müşaviri. 1877–1900-cü illərdə Türküstan general-qubernatorluğu idarəsində tərcüməçi işləyib. Qazax dilində çıxan ilk qəzet olan "Türküstan yerli qəzeti"nin ədəbi redaksiyasında fəal iştirak etmişdir.[1]
Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Zaman bəy Şeyxəlibəyov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 7 noyabr 1838(1838-11-07) |
Doğum yeri | |
Vəfat tarixi | 6 may 1904(1904-05-06) (65 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | siyasətçi, tərcüməçi, diplomat |
|
|
Təltifləri |
Bağla
1870-ci illərdə Zaman bəy Şıxəlibəyov Yeddişəhər xanlığında böyük gücə malik idi və Məhəmməd Yaqub bəy Bədaulet xana yaxın idi. Rus səyyahı Nikolay Prjevalski öz gündəliyində dəfələrlə Zaman bəyin adını çəkərək vurğulayırdı ki, Zaman bəy olmasaydı, onun səyahəti baş tutmaz və yəqin ki, sağ qala bilməzdi.