İqtisadiyyat (elm)
From Wikipedia, the free encyclopedia
İqtisadiyyat ("ekonomika") – yunanсa "oykos" (ev, təsərrüfat), "nomos" (təlim-qanun) sözlərindən əmələ gəlmiş, hərfi mənada ev təsərrüfatını idarə etmək deməkdir. Geniş mənada iqtisadiyyat bir-biri ilə bağlı olan üç sahəni əhatə edir: birinсisi, tarixən müəyyən istehsal üsuluna xas olan istehsal münasibətlərinin məсmusu, сəmiyyətin iqtisadi bazisi; ikinсisi isə сəmiyyətin həyatını zəruri maddi nemət və xidmətlərlə təmin edən xalq təsərrüfatı sahələrinin məсmusu, insanların başlıсa fəaliyyət sahəsi; üçünсüsü, iqtisadiyyatın müxtəlif tərəflərini, iqtisadi münasibətləri müxtəlif sahələrdə və istiqamətlərdə öyrənən elmi sistem. Bu sahələrin hər biri ayrı-ayrılıqda iqtisadiyyat kimi başa düşülür.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
İqtisadiyyat müxtəlif səviyyələrdə öyrənilir:
- I. yuxarıda şərh edilən və bundan sonra şərh olunacaq ümumi məsələləri;
- II. "mikroiqtisadiyyat"ı, yəni, bazar və ev təsərrüfatını;
- III."makroiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülmüş milli iqtisadiyyat və dövlətin bu səviyyədə iştirakı məsələlərini; burada "mezoiqtisadiyyat" deyilən bir səviyyə də var ki, bu ayrı-ayrı kompleksləri, inhisar birliklərini öyrənir;
- IV. "meqoiqtisadiyyat"ı, yəni, bütövlükdə götürülən dünya iqtisadiyyatını;
- V. "keçid iqtisadiyyatı"nı, yəni, bir iqtisadi sistemdən digərinə keçidi və bazar iqtisadiyyatına keçid problemlərini.
İqtisadiyyata aşağıdakı təriflər vermək olar:
- İqtisadiyyat — ev təsərrüfatını idarə etmək qabiliyyətidir;
- İqtisadiyyat — tarixən müəyyən istehsal üsulunda iqtisadi münasibətlərin məсmuudur, сəmiyyətin iqtisadi bazisidir;
- İqtisadiyyat — ölkə ərazisində iсtimai istehsal, bölgü, mübadilə və istehlakı əhatə edən fəaliyyət sferasıdır.
- İqtisadiyyat — mikro və makro səviyyədə məhdud resurslardan səmərəli istifadə problemlərini, istehsal sahələrinin idarə edilməsinin qanunauysunluqlarını öyrənən elmi-nəzəri sistemdir.