Çubu regionu
From Wikipedia, the free encyclopedia
Çubu regionu (中部地方, Chūbu-çihō?, mərkəzi region) — Yaponiyanın Honşu adasının mərkəzində yerləşən region. Çubu regionu doqquz prefekturadan ibarətdir: Niiqata, Toyama, İşikava, Fukui, Yamanaşi, Naqano, Gifu, Şizuoka, Aiçi.[2] Bəzən onun tərkibinə Mie prefekturasını da daxil edirlər.[3] Bundan əlavə, Çubu bəzən Tokai, Koşinetsu və Hokuriku regionlara bölünür. Lakin, bu regionları heç bir rəsmi statusu yoxdur.