Üç bacı (pyes)
From Wikipedia, the free encyclopedia
Üç bacı (rus. Три сeстры) — rus yazıçı Anton Çexovun pyesi.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Cəld faktlar Üç bacı, Müəllif ...
Üç bacı | |
---|---|
rus. Три сестры | |
Müəllif | Anton Çexov |
Janr | dram |
Orijinalın dili | rus dili |
Orijinalın nəşr ili | 1901 |
Elektron versiya | |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla
Anton Çexovun 1899–1901-ci illərdə yazdığı 4 pərdəli "Üç bacı" dramında müəllif müxtəlif sinif və təbəqələrdən olan ziyalıların ailə münasibətləri, əxlaqı, dünyagörüşü haqqında müşahidələrinə, düşüncə və mühakimələrinə yenidən qayıtmışdır.[1] Aydın görünür ki, ədib bu pyesində əvvəlki əsərlərində onu düşündürən müasir həyat məsələlərinə, məişətə və şüurlara daha ətraflı və dərindən nüfuz etməyə çalışmış, "insan üçün əsl səadət nədir?" sualına özünün realist və materialist anlayışına görə cavab verməyə səy etmişdir.