İkiqay
From Wikipedia, the free encyclopedia
İkiqay[2] (生き甲斐?, azərb. "Həyatın mənası") – həyatın məna və sevincini təsvir edən yaponca bir anlayış. Sərbəst tərcümə edildikdə ikiqay "yaşamağadəyər olan bir şey/səbəb"-i təsvir edir.[3] Bu anlayış yaponca "iki" (azərb. "həyat/yaşam") və "qai" (azərb. "məna/dəyər/səbəb") sözlərindən təşkil olunub.
Yaponca ikiqay müxtəlif kontekstlərdə də istifadə olunur; bu söz böyük məqsəd və uğurları təsvir etdiyi kimi, eləcə də gündəlik həyatdakı kiçik şeyləri təsvir etdir. Bu termin Yaponiyada o qədər geniş yayılmışdır ki, insanlar ondan əsas xüsusi mənasına diqqət etmədən hər gün təsadüfü istifadə edirlər. Ən əsası odur ki, ikiqay üçün iş həyatında müvəffəqiyyətli olmaq elə də vacib deyil. Bu mənada, o həyatın cürbəcür sahələrinə nüfuz etmiş demokratik bir ifadədir. Aydındır ki, ikiqay uğura apara bilər, ancaq uğur ikiqay üçün əsas şərt deyil. O hər kəs üçün açıqdır.
İkiqayın beş sütunu bunlardır:
- Kiçik başlamaq
- Əldən verməyi öyrənmək
- Hamoniyalı və davamlı yaşamaq
- Kiçik şeylərdə xoşbəxtlik tapmaq
- Hazırkı yerdə və anda olmaq