İnsolyasiya
From Wikipedia, the free encyclopedia
İnsolyasiya - müəyyən vaxt (dəqiqə, gün və s.) ərzində üfüqi səthə (1 sm²) düşən düz günəş radiasiyası və ya ümumi günəş radiasiyası (kalorilərlə) axını. Atmosferin yuxarı sərhəddində insolyasiya günəş sabiti adlandırılır. Bəzən günəş radiasiyasının şaquli səthə (məsələn, divar) və maili səthə (yamac) axını da insolyasiya kimi başa düşülür.[1]