İnyupiklər
From Wikipedia, the free encyclopedia
İnyupiklər (öz dilində olan adı: Iñupiaq tək Iñupiak iki Iñupiat cəm) — Amerika Birləşmiş Ştatlarının Alyaska ştatının şimal və şimal-qərbində yaşayan eskimos İnuit xalqının nümayəndələri. Özlərini Iñupiaq, Iñupiak və ya Iñupiat adlandırırlar . Bəzən bu etnosu inuitlərlə qohum xalq olduqlarından Alyaska İnuitləri adlandırırlar.
İnyupikli ailə. (1930) | |||
Yaşadığı ərazilər | |||
---|---|---|---|
| |||
Dili | |||
Dini | |||
Animizm və Pravoslavlıq (1890-cı ilə qədər Şamanizm) | |||
Qohum xalqlar | |||
İnuit, yupik, sireniki eskimosları, inupiatslar, |
Alyaskada yaşayan yeganə İnuit xalqı bunlardır. Özlərini iñuk ('insan') kəliməsi ilə — piaq ('gerçək') şəkilçisindən törətdikləri Iñupiaq ('əsl insan') adıyla ifadə edərlər. Dillərini isə Iñupiatun ('əsl insana bənzər, əsl insan kimi') olarak adlandırırlar.[1]
Kanadada təhqiredici (derogatory) hesab edilərək rəsmi istifadə edilməyən "Eskimos" adı, Alyaskada İnyupiklər ilə Yupikləri ve Supikləri kollektiv adlandırmada rahatlıqla istifadə edilir.
İnyupiklərin Kanadada yaşayan soydaşları (Uummarmiut) siyasi və inzibati problemlərə görə Qərbi Kanada inuitləri ilə birlikdə Inuvialuit adı altında toplanırlar.
Müqəddəs Lourens adasındaki Sibir yupikləri (Yupiget) Alaskada mədəni cəhətdən İnyupiklərə ən yaxın xalqdır.[2] Şimali Alaska inyupikləri Qərb mədəniyyəti ilə ən gec tanış olan eskimoslardır.