İsrailin on iki qəbiləsi
From Wikipedia, the free encyclopedia
İsrailin on iki qəbiləsi (ivr. שִׁבְטֵי־יִשְׂרָאֵל, Šīḇṭēy Yīsrāʾēl; mənası – "İsrailin qəbilələri") — yəhudi müqəddəs kitablarına görə, Bibliyada adı çəkilən, İsrail kimi də tanınan patriarx Yaqubun nəslinin davamçıları arvadları Ləya və Rəhilədən, kənizləri Bəlhə və Zülfədən olan on iki oğlunun qurduğu, birlikdə İsrail xalqını təşkil edən qəbilələr. Müasir elmdə İsrailin on iki qəbiləsinin tarixən mövcud olub-olmamasına şübhə ilə yanaşılır. Onlara görə, 12 rəqəmindən istifadənin milli yaradılış mifinin bir hissəsi kimi simvolik bir ənənəni ifadə etməsi ehtimalı daha yüksəkdir.