Şəki xan sarayı
Şəki xan sarayı Azərbaycan / From Wikipedia, the free encyclopedia
Şəki xan sarayı (həmçinin Şəki xanları sarayı)[7][8] — Azərbaycanın Şəki şəhərində yerləşən keçmiş xan sarayı. Hal-hazırda muzey kimi fəaliyyət göstərir. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun[9] ərazisində yerləşən saray dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə fars üslubunda[3][4] inşa edilmiş saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir.
Şəki xan sarayı | |
---|---|
41°12′16″ şm. e. 47°11′54″ ş. u. | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki Şəki |
Yerləşir | Şəki |
Aidiyyatı | Yuxarı-Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Memar | Hacı Zeynalabdin Şirazi[qeyd. 1] |
Sifarişçi | Məhəmmədhüseyn xan Müştaq[1] |
Əsas tarixlər |
1848-1851 — restavrasiya 1955-1965 — restavrasiya 24 oktyabr 2001 — UNESCO Ümumdünya irsinə namizədlə siyahısına salınıb 2002 — restavrasiya |
Tikilmə tarixi | 1761-1762[2] |
Üslubu | Fars üslubu[3][4][5] |
Hündürlüyü | 10 m |
Uzunluğu | 30 m |
Sahəsi |
|
Vəziyyəti | muzey |
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace | |
Tipi | Mədəni |
Kriteriya | ii, v |
Təyin edilib | 2019 |
İstinad nöm. | 1549 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 20 |
Kateqoriya | Saray |
Əhəmiyyəti | Dünya əhəmiyyətli |
Vikianbarda əlaqəli mediafayllar |
30 metr uzunluğa malik olan iki mərtəbəli saray 300 m2 sahəyə, 6 otaq, 4 dəhliz və iki güzgülü eyvandan ibarətdir. Sarayın fasadı ov və döyüş səhnələrini əks etdirən süjetli təsvirlər, həmçinin həndəsi və nəbati naxışlarla bəzədilmişdir. Fasadın tam mərkəzində müxtəlif rəngli şüşələrdən yığılmış iri şəbəkə-pəncərə yerləşir. Sarayın rəngli şüşələrdən yığılmış şəbəkə-pəncərələri daş çərçivələrə oturdulmuşdur.
Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri[10] olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindən biri[11] hesab edilir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray Ümumdünya irsidir.[12]