Şablon müzakirəsi:Kino sənətçisi
From Wikipedia, the free encyclopedia
Adını bəlkə "Kino sənətçisi", ya "Kino işçisi" qoyaq? Bəlkə daha uyğun variant da tapmaq olar ki, şablonun adını oxuyanda bilinsin şəxsdən söhbət gedir.--Sortilegus 12:57, 8 Sentyabr 2010 (UTC)
- Rus dilində "Кинематографист" idi. Orfoqrafiya lüğətində uyğun sözə rast gəlmədim, ona görə bu adı seçdim. Ümumiyyətlə baxanda "Kino sənətçisi" pis deyil.--Vago 13:06, 8 Sentyabr 2010 (UTC)
Bu, Şablon:Kino sənətçisi səhifəsinin müzakirə səhifəsidir. |
|
Hər halda adını şəxsləşdirmək lazımdır. -- Cekli829 18:09, 8 sentyabr 2010 (Cek vaxtı ilə)
Azərbaycanca "Kinematoqrafçı"dır. Azərbaycan Kinematoqrafçılar Birliyi adlı qurum da var. Amma bu bir az dar anlayışdır. Yəni adətən kinorejissorlara, kinossenaristlərə kinematoqrafçı deyirlər. Amma əgər bu şablonu kino ilə bağlılığı olan digər şəxslərin də səhifəsinə əlavə edəcəyiksə, məncə onu "kinematoqrafçı" adlandırmaq düzgün deyil.--Sortilegus 13:24, 8 Sentyabr 2010 (UTC)
Şablonda problem var. Məqalələrdə "|}" işarəsi görünür. Mən düzəldə bilmədim.
--Vüsal Ağayev 14:57, 8 Sentyabr 2010 (UTC)
- Şablon bilmirəm nəyə görəsə bəzən düzgün görsənmir. Verilən məlumat ətrafında kəsik xətlər yaranır. Şablonda çox xırda görsənməyən nəsə səhv var. Çünki başqa məqalədə normal görsənən şablonu götürəndə də eyni səhv yarana bilir.--Bakuemil 10:46, 25 Sentyabr 2010 (UTC)
- Mümkünsə, hansı səhifədə problem yaranirsa, ya həmin məqalənin, yaxud da şablonun müzakirə səhifəsində (məqalənin adını göstərmələ), qeyd edin ki, söhbətin konkret hansı xətalardan getdiyi aydın olsun. --Vago 11:15, 25 Sentyabr 2010 (UTC)
Eyni səhv olanda olduğu kimi saxlayıb sizə deyərəm.--Bakuemil 11:43, 25 Sentyabr 2010 (UTC)
- Şəklin ölçüsünə şablonda yer ayırmaq lazımdır.(şəklin miqyası adı ilə, şəxslər şablonunda olduğu kimi) Bəzi şəkillər 200 olsa da kiçik görünür. ONları 250 300 etmək lazım gəlir. Ancaq indi avtomatik 200 ölçü verir. Vago, məncə sən bütün təklifləri nəzərə al, sonra məqalələrə tətbiq et. Tələsmək lazım deyil. Hələlik məqalələrə tətbiq etmə. Bu çox önəmlidir. Daha öncədən istifadə edilmiş şablonu dəyişdirərkən müzakirə aparmaq lazımdır.
Təkliflər:Ölüm səbəbi, atası, anası , uşaqları bölümləri çox maraqlı olardı.
--Vüsal Ağayev 10:51, 26 Sentyabr 2010 (UTC)
- Aydın oldu. Şəkil miqyası şablonda istifadə olunur, sadəcə olaraq köçürmək üçün olan hissədən müvəqqəti silmişəm.
- Şablon Rusca Vikipediyadakı şablon əsasında hazırlanıb. Təklif etdiyiniz variantları (Ölüm səbəbi, atası, anası, uşaqları) nəzərə almaq problem deyil, amma nə dərəcədə zəruri olduğunu bilmədiyimə görə bunu etməmişəm.--Vago 14:13, 26 Sentyabr 2010 (UTC)
Ölüm səbəbi ingilis vikipediyada istifadə olunur (geniş). Atası, anası və uşaqları olduqda isə özündən əlavə məşhur qohumları dərhal gözə çarpır. Məsələn Afaq Bəşirqızı məqaləsində atası bölümü lazım olacaq. Hətta həyat yoldaşı da əlavə olunsa yaxşı olar. Ya da ümumi şəkildə Qohumları bölümü yaradılsın orada Həyat yoldaşı: filankəs atası: filankəs və s. yazmaq olar. Əsas odur ki, məqaləni açan kimi şəxsin qohumları dərhal gözə çarpsın. Gülnarə Həsənova-dakı nümunə yaxşıdır. Ancaq ortada kişi və qadın şəkilləri də olsa yaxşı olar.Belə orta boş görünür.
--Vüsal Ağayev 18:25, 26 Sentyabr 2010 (UTC)