Şahrux Xan
From Wikipedia, the free encyclopedia
Şahrux Xan (ing. Shahrukh Khan, hind. शाहरुख़ ख़ान; 2 noyabr 1965[3][4][…], Yeni Dehli) — daha çox Şah Rux Xan, rəsmi olaraq SRK kimi tanınan məşhur Hindistan film aktyoru.
Şahrux Xan | |
---|---|
ing. Shahrukh Khan | |
Digər adları |
Kral Xan SRK Bollivudun Kralı (King of Bollywood) Bollivudun Padşahı (The Badshah of Bollywood)[1][2] |
Doğum tarixi | (58 yaş) |
Doğum yeri | Yeni Dehli, Hindistan |
Vətəndaşlığı | Hindistan |
Həyat yoldaşı | Qauri Xan |
Uşaqları | Aryan Xan, Suhana Xan və Abram Xan |
Atası | Tac Məhəmməd Xan |
Anası | Fatimə Xan |
Fəaliyyəti | Aktyor, prodüser, televiziya aparıcısı |
Fəaliyyət illəri | 1988-günümüz |
Təhsili | |
Boyu | 1,69 m |
Mükafatları | |
IMDb | ID0451321 |
shahrukhkhan.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Mediada tez-tez Bollivudun Padşahı, Kral Xan, Romantikanın Kralı və Bollivudun kralı kimi tanınan Şahrux Xan romantik dram janrından tutmuş hərəkət trilleri janrına kimi olan 80-dən çox filmdə rol almışdır. O töhfələri ilə kino istehsalında çoxlu nailliyyətlər, o cümlədən 14 Filmfare Mükafatı əldə etmişdir. 2005-ci ildə isə Hindistan Hökuməti tərəfindən verilən Hindistanın dördüncü ən yüksək mülki mükafatı hesab olunan Padma Şri mükafatına, Fransa Hökuməti tərəfindən verilən Fransanın ikinci dərəcəli mükafatı hesab olunan İncəsənət və Ədəbiyyat ordeni və dördüncü dərəcəli mükafat olan Fəxri Legion Cəngavəri mükafatına layiq görülüb. Xan, Asiya və Hindistan diasporası tərəfindən xüsusilə izlənilir. Tamaşaçı kütləsi və gəlir baxımından dünyanın ən uğurlu film ulduzlarından biri kimi hesab olunur.[lower-alpha 1]
Xan, öz karyerasına 1980-ci illərin sonunda bir neçə televiziya serialı ilə başlayıb. 1992-ci ildə Dəlisov məhəbbət (Deewana) filmi ilə Hind dilli film sahəsində debüt etmişdir. Karyerasının erkən vaxtlarında Qorxu (Darr-1993), Qumarbaz (Baazigar-1993), Qisas (Anjaam-1994) kimi filmlərdə ənənəvi olmayan mənfi rolları ilə tanındı. O Cəsur ürək gəlini aparar (Dilwale Dulhaniya Le Jayenge-1995),[8] Bu ürək dəlidir (Dil To pagal Hai-1997), Nəsə baş verir (Kuch Kuch Hota Hai-1998)[9] Aşiqlər (Mohabbatein-2000) və Həm sevincdə, həm kədərdə (Kabhi Khushi Kabhie Gham…-2001) kimi filmlərdə oynadığı romantik rolları ilə məşhurluq qazanır. Xan, 2002-ci ildə Devdas filmindəki alkaqolçu obrazına görə tənqidi rəğbət qazanır. Xan? sonralar 2004-cü ildə Vətən (Swades) filmindəki roluna görə NASA aliminin tənqidi qiymətini qazanır. 2007-ci ildə İrəli, Hindistan (Chakde India) filmində hokkey məşqçisi və 2010-cu ildə Mənim adım Xandır (My Name is Khan) filmində isə Asperger sindromu obrazını canlandırır.[10][11] Onun filmoqrafiyasına yüksək gəlirli Çennay ekspresi (Chennai Express-2013), Yeni iliniz mübarək (Happy New Year-2014), Böyük ürəkli (Dilwale-2015) komediya filmləri və Rəis (Raess-2017) kriminal filmi daxildir. Filmlərin çoxunda Hindistanın kimliyi, diaspor cəmiyyəti ilə əlaqə və ya cinsiyyət, irqi, sosial və dini fərqlər və şikayət mövzuları nümayiş etdirilir.
2015-ci ildən etibarən Xan, Red Chillies Entertainment kinofilm istehsalı və paylaşdırma şirkəti və onun törəmə şirkətlərinin həmsədridir. O həmçinin Hindistan Premyer Liqasında iştirak edən Kolkata Knight Riders kriket komandasının və Karib Premyer Liqasında iştirak edən Trinbago Knight Riders komandasının şərikli sahibidir. Aktyor tez-tez səhnə aparıcısı və səhnə şou ifaçısı kimi çıxış edir. Müxtəlif marka bəyənilməsinə və sahibkarlıq işlərinə görə tez-tez mediada "SRK Marka"sı kimi göstərilir. Xan, xeyriyyə səyləri ilə səhiyyəyə və fəlakət bölgələrinə ianələr edir və 2011-ci ildə uşaqların təhsilinə verdiyi dəstəyə görə UNESCO tərəfindən Pyramide con Marni mükafatına və Hindistanda qadın və uşaq hüquqlarının qorunmasındakı liderliyinə görə 2018-ci ildə Dünya İqtisadi Forumu tərəfindən Crystal Award mükafatına layiq görülür. O, mütəmadi olaraq Hindistan mədəniyyətinin ən nüfuzlu şəxslərinin siyahılarında yer alır və 2008-ci ildə Newsweek onu dünyanın ən güclü əlli adamından biri olaraq adlandırır.