Şakuntala Devi
From Wikipedia, the free encyclopedia
Şakuntala Devi (hind. शकुन्तला देवी; 4 noyabr 1929[1], Banqalor, Britaniya Hindistanı – 21 aprel 2013[1], Banqalor) – hind yazıçı və xalq arasında "İnsan Kompüteri" kimi tanınan zehni hesablayıcı. Devi tələbələr üçün ədədi hesablamaları sadələşdirməyə səy göstərirdi.[2][3][4][5][6] İstedadı ona Ginnesin Rekordlar Kitabının 1982-ci il buraxılışında yer qazandırdı.[7][3][4][8] Halbuki, rekordu 1980-ci il 18 iyunda qırmasına baxmayaraq, rekordun sertfikatı ölümündən sonra, 30 iyul 2020-ci ildə verildi. Uşaq ikən Devi qabiliyyəti ilə erkən yaşlarında yaşıdlarından fərqlənirdi və heç bir rəsmi təhsili olmadan altı yaşında Mayzor Universitetində hesablama qabiliyyətlərini göstərdi.[7][4]
Şakuntala Devi | |
---|---|
Digər adı | İnsan kompüter |
Doğum tarixi | 4 noyabr 1929(1929-11-04)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 21 aprel 2013(2013-04-21)[1] (83 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | riyaziyyatçı, astroloq, yazıçı, mental calculator[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Devi sonrakı illərdə roman, riyaziyyat, tapmacalar və astrologiya haqqında mətnlər də daxil olmaqla bir sıra kitablar yazdı. O, "Homoseksuallar Dünyası" adlı kitab yazdı, hansı ki, Hindistanda homoseksualllıqla əlaqəli ilk əsər hesab edilir.[9][10] Homoseksuallığı müsbət perspektivdən nəzər yetirdi və o bu sahədə pioner hesab edilir.[9]