Şanlıurfaspor
1969-cu ildə Şanlıurfanın Kahraman Uyanış Spor, Beşiktaş və 11 Nisan Spor klubları birləşərək Şanlıurfasporu meydana gətirir / From Wikipedia, the free encyclopedia
Şanlıurfaspor- Şanlıurfada futbol və basketbol sahələrində fəaliyyət göstərən peşəkar bir klubdur. Klubun rənglərini Mustafa Dişli təyin etmişdir. 1969-cu ildə qurulmuş bu klub hal-hazırda 1-ci Liqasında mübarizə aparır və ev oyunlarını 28.965 nəfərlik Şanlıurfa 11 Aprel Stadionunda oynayır. Basketbol komandası isə basketbol liqasında mübarizə aparır. Trabzonspor ilə qardaş klubdur.
Şanlıurfaspor | ||||
---|---|---|---|---|
Klubun tam adı | Şanlıurfaspor Klubu | |||
Ölkə | Türkiyə | |||
Ləqəb(lər) | Ceylanlar | |||
Rəng(lər) | Sarı-Yaşıl | |||
Yaranma tarixi | 1969 | |||
Stadionu |
Şanlıurfa 11 Aprel Stadionu, Şanlıurfa, Türkiyə |
|||
Tutumu | 28.965 | |||
Prezidenti | Haçim İzol | |||
Baş məşqçisi | Cihat Arslan | |||
Liqa | 1-ci Liqa | |||
2022/2023 | 2. (2-ci Liqadan Pley-Off ilə yüksəldi) | |||
| ||||
Rəsmi saytı | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Klub yaşadığı maddi böhran səbəbiylə 2008-ci ildə qəyyuma təhvil verildi. Qəyyum olaraq təyin olunmuş Şanlıurfa Bələdiyyə Başçısı Şanlıurfa Belediyespor ilə eyni qrupda olan komandanın UEFA meyarlarına görə liqada qala bilməsi üçün iki klubun idarəçilərinin birləşməsini təmin etdi. Klub prezidentliyinə sonrakı dövrdə Kamal Saraçoğlu gəldi. Futbol komandası PTT 1. Liqaya yüksəldikdən sonra alınan nəticələr səbəbiylə Kamal Saraçoğlu istefa verdi. Seçkilər əsasında klubun prezidenti Fethi Şimşek seçildi.