Şerman antiinhisar qanunu
From Wikipedia, the free encyclopedia
Şerman Antiinhisar Qanunu (Şerman Qanunu[1] ) — inhisarlarla və rəqabətin əsassız məhdudiyyətlərlə mübarizəsinə yönəldilmiş, dünyada ilkin qəbul edilmiş hüquqi aktlardan biri, 1890-cı ildə ABŞ konqresi tərəfindən qəbul edilmiş qanun.[2] Bu qanun antirəqabət mühitində fəaliyyət göstərdiyi düşünülən şirkət və müəssisələrin fəaliyyətini qadağan edir. Bu növ müəyyənləşdirmələr federal hökumət idarəediciləri tərəfindən aparılır. Qanun federal hökumətdən trestləri, kompaniyaları və qanunu pozmasından şübhə duyulan təşkilatları araşdırmağı və təqib etməyi tələb edir. Bu Amerikan hökuməti tərəfindən kartelləri və monopoliyaları məhdudlaşdırmaq üçün yaradılmış ilk qanun idi və bu günün özündə də əksər antiinhisar qanunlarının əsasını təşkil edir.