Şumşu
From Wikipedia, the free encyclopedia
Şumşu adası (yap. 占守島) — Kuril arxipelaqının şimal qrupuna daxil olan adalardan biri Kamçatka yarımadasından (Lopatka burnu) Birinci Kuril boğazı ilə ayrılır. Boğazın eni 11 km təşkil edir. Cənubdan idə Paramuşir adasından eni 2 km təşkil edən İkinci Kuril boğazı ilə ayrılır. İnzibati cəhətdən isə Saxalin vilayəti Şimali Kuril şəhər dairəsinə daxildir. XXI əsrdən adada daimi yaşayış məntəqəsi yixdur[1]. Bununla belə sərhəd zastavası və mayak fəaliyyət göstərir. Əvvəllər adada Baykov, Şutov, Şumnıy, Babuşkin, Kurbatov, Kozırevsk adlı yaşayış məntəqələri olmuşdur. Baykovda yaponların tərk edilmiş keçmiş hərbi hava limanı var. Hələ XX əsrin 90-cı illərində burada L-410 təyyarələri Elizovdan[2] uçuşlar həyata keçirirdi.
Şumşu adası | |
---|---|
rus. Oстров Шумшу́ | |
Ümumi məlumatlar | |
Sahəsi | 388 km² |
Uzunluğu |
|
Eni | 19,9 km |
Hündür nöqtəsi | 189 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
50°45′00″ şm. e. 156°21′00″ ş. u. | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
Vikianbarda əlaqəli mediafayllar |
Hal-hazırda belə 1945-ci ilin izlərinə rast gəlmək olur. Burada güçləndirilmiş istehkam məntəqələri: Səngərlər, dotlar, anbarları görmək olar. Burada müxtəlif tank, təyyarə, aviasiya bombaları, güllə və silah-sursat qalıqlarını aşkarlamaq mümkündür. Hakim zirvələrdən birinə çımaqla keçiş döyüş yerini asanlıqla müşahidə etmək olar.