Əbdülhüseyn mirzə Fərmanfərma
From Wikipedia, the free encyclopedia
Şahzadə Əbdülhüseyn mirzə Firuz mirzə oğlu Fərmanfərma (d. 1858/1859, Tehran/Təbriz, Qacar imperiyası –1939, Tehran, İran) — Qacar imperiyasında və Qacar sülaləsinin ən təsirli siyasətçilərindən biri. O, 1857-ci ildə Təbriz şəhərində Qacar sülaləsindən şahzadə Firuz Mirzə Nüsrətdövlə Qacarın ailəsində dünyaya gəlmiş və 1939-cu ilin noyabrında 82 yaşında vəfat etmişdir. O, Qacar sülaləsinin məşhur şahzadəsi Abbas Mirzənin 16-cı nəvəsidir. Onun atasının 8 arvaddan 26 oğlu və 13 qızı olmuşdur. Onun həyatı boyunca birinci arvadından olan dörd oğlu vəfat etmişdir.[2]
Əbdülhüseyn mirzə Fərmanfərma | |
---|---|
Əbdülhüsen mirzə Firuz mirzə oğlu Fərmanfərma | |
Digər adı | Əbdülhüseyn mirzə Firuz mirzə oğlu Qovanlı-Qacar |
Doğum tarixi | |
Doğum yeri | Təbriz |
Vəfat tarixi | |
Vəfat yeri | Tehran |
Dəfn yeri | Şah Əbdüləzim türbəsi |
Vətəndaşlığı |
Qacar imperiyası İran |
Uşaqları | |
Dini | Şiə islam |
İxtisası | Hərbçi |
Təhsili |
Avstriya-Macarıstan Hərbi Akademiyası (Tehranda) Darülfünun |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Onun övladlarından biri olan Məhəmmədvəli mirzə Fərmanfərmaian həyatının uzun bir dövrünü Təbrizdə yaşamış, farsca çox pis danışmış və Seyid Cəfər Pişəvəri rəhbərliyində yaradılmış Azərbaycan Milli Hökumətində maliyyə naziri olaraq çalışmışdır.