1812-ci il uvertürası
From Wikipedia, the free encyclopedia
Təntənəli 1812-ci il uvertürası, op 49 (rus. Торжественная увертюра «1812 год») — rus bəstəkar Pyotr Çaykovski tərəfindən 1812-ci il Fransa-Rusiya müharibəsində Napoleon Bonapartın Böyük Ordusunun məğlub edilməsinə həsr olunmuş və daha çox 1812-ci il uvertürası[2] kimi tanınan konsert uvertürasıdır.
1812-ci il uvertürası | |
---|---|
rus. Торжественная увертюра «1812 год» | |
| |
Bəstəkar | Pyotr Çaykovski |
Tonallıq | mi-bemol major |
Forma | təntənəli uvertüra |
Opus | op. 49 |
Yazılma tarixi | 1880 |
Premyera |
|
İthaf olunub | Fransa-Rusiya müharibəsi |
Musiqi alətləri | |
orkestr[1], Döyüş topu | |
Dinlə | |
Vikianbarda əlaqəli mediafayllar |
Uvertüranın premyerası 20 avqust 1882-ci ildə[3] Moskvada baş tutmuşdur. Rusiyanın 1812-ci il qələbəsinə ithaf edilmiş Xilaskar Məsih kafedralında həyata keçirilmiş debüt ifa zamanı dirijor İpploit Altani olmuşdur.[4] Nyu-Yorkda Karnegi zalının açılışına həsr olunmuş ifa zamanı isə Çaykovski özü orkestra drijorluq etmişdir.[5] Bu böyük Avropa bəstəkarından birinin ABŞ-yə etdiyi ilk səfərlərdən biri idi.[6]
15 dəqiqə davam edəm uvertüra daha çox musiqidə istifadə olunmuş silah atışı səsləri, çayms zınqırovları və finalda top atəşi açılması ilə məşhurdur. Əsər ənənəvi olaraq hər il ABŞ-da Müstəqillik Günü atəşfəşanlığını müşayət etmək üçün ifa edilir. “Şelkunçik”, “Yatmış gözəl” və “Qu gölü” balet süitaları ilə yanaşı “1812-ci il uvertürası” Çaykovskinin ən məşhur əsərlərindən biridir.[7] davay