1961 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
'1961 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1961; fr. Concours Eurovision de la chanson 1961) — 6-cı Avroviziya Mahnı Müsabiqəsidir. Jaklin Boyenin ifa etdiyi "Tom Pillibi" mahnısı ilə 1960 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1961-ci ildə Fransa müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin Kann şəhərində Festival və konqresslər sarayında keçirilmişdir. Müsabiqə 1961-ci ilin 18 mart tarixində baş tutmuşdur. Lüksemburqu müsabiqədə təmsil edən Jan-Klod Paskal Nous les amoureux adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur.
Cəld faktlar 1961 Avroviziya Mahnı Müsabiqəsi, Final ...
1961 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 18 mart 1961 |
Aparıcı(lar) | Jaklin Juber |
Kanal | RTF |
Keçirilən yer | Palais des Festivals et des Congrès, Kann, Fransa |
Qalib mahnı | Lüksemburq "Nous Les Amoureux" |
Seçki sistemi | Hər ölkənin 10 münsifi vardı və hər bir münsif bəyəndiyi mahnıya 1 xal verirdi |
İştirakçıların sayı | 16 |
İlk dəfə iştirak edən ölkələr | Finlandiya İspaniya Yuqoslaviya |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1960 1962 ► |
Bağla