1962 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1962 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1962; fr. Concours Eurovision de la chanson 1962) — 7-ci Avroviziya Mahnı Müsabiqəsidir. Jan-Klod Paskalın ifa etdiyi Nous Les Amoureux mahnısı ilə 1961 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1962-ci ildə Lüksemburq müsabiqəyə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1962-ci ilin 18 mart tarixində baş tutmuşdur. Fransanı müsabiqədə təmsil edən İzabel Obre ifa etdiyi "Un Premier Amour" adlı mahnı ilə müsabiqənin qalibi olmuşdur. Bu Fransanın Avroviziyada 7 ildə üçüncü qalibiyyəti idi.
Cəld faktlar 1962 Avroviziya Mahnı Müsabiqəsi, Final ...
1962 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 18 mart 1962 |
Aparıcı(lar) | Mirey Delanua |
Kanal | CLT |
Keçirilən yer | Villi Luvinyi, Lüksemburq şəhəri, Lüksemburq |
Qalib mahnı | Fransa "Un Premier Amour" |
Seçki sistemi | Hər ölkədən 10 münsif vardı və onlar 3 favorit mahnıya 3, 2 və 1 xal verə bilərdi |
İştirakçıların sayı | 16 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1961 1963 ► |
Bağla