1966 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1966 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1966; fr. Concours Eurovision de la chanson 1966) — sayca 11-ci Avroviziya Mahnı Müsabiqəsidir. Frans Qallın ifa etdiyi "Poupée de cire, poupée de son" mahnısı ilə 1965 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1966-cı ildə Lüksemburq müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Lüksemburq şəhərində Villa Luvinyidə keçirilmişdir. Müsabiqə 1966-cı ilin 5 mart tarixində baş tutmuşdur.
1966 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 5 mart 1966 |
Aparıcı(lar) | Jozen Şen |
Kanal | CLT |
Keçirilən yer | Villi Luvinyi, Lüksemburq şəhəri, Lüksemburq |
Qalib mahnı | Avstriya "Merci, Chérie" |
Seçki sistemi | 10 nəfərdən təşkil olunmuş münsif heyəti bəyəndiyi 3 favorit mahnıya 5, 3 və 1 xal verə bilirdi |
İştirakçıların sayı | 18 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1965 1967 ► |
18 ölkənin iştirak etdiyi müsabiqədə Avstriya təmsilçisi Udo Yürqens ifa etdiyi "Merci, Chérie" mahnısı ilə ən çox səs toplayaraq, Avroviziya 1966-nın qalibi olmuşdur. Müsabiqədə artıq üçüncü dəfə ölkəsini təmsil edən Udo Yürqens Avstriyaya Avroviziyada ilk qalibiyyətini yaşatmışdı.