1966 FİFA Dünya Kuboku
From Wikipedia, the free encyclopedia
FIFA Dünya Çempionatı 1966 — sayca səkkizinci dünya çempionatı olub, 11-30 iyul tarixlərində İngiltərədə keçirilmişdir. Finalda İngiltərə Qərbi Almaniyanı 4-2 məğlub edərək çempionatın qalibi olmuşdur. Bu qələbə İngiltərənin ilk dünya çempionatı qələbəsi olmaqla, çempionata ev sahibliyi edən və qalib olan üçüncü ölkə olmuşdur. İlk ikisi isə 1930-da Uruqvay və 1934-də İtaliya olmuşdu.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
1966 FİFA Dünya Kuboku | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | İngiltərə |
Tarix | 11–30 iyul |
Başlama tarixi | 11 iyul 1966 |
Bitmə tarixi | 30 iyul 1966 |
Komanda sayı | 16 |
Yekun nəticəsi | |
Çempion | İngiltərə (1-ci dəfə) |
İkinci | Qərbi Almaniya |
Üçüncü yer | Portuqaliya |
Dördüncü yer | SSRİ |
Yarış statistikası | |
Oyun sayı | 32 |
Qol sayı | 89 (matç başına: 2.78) |
Tamaşaçı sayı | 1.635.000 matç başına: 0 |
Mükafat sahibləri | |
Bombardir(lər) |
Eysebio (9 qol) |
Vikianbarda əlaqəli mediafayllar |
Final oyunu Uembli stadionunda keçirilmiş və televiziyada ağ-qara yayımlanan sonuncu dünya çempionatı finalı olmuşdur. Həmçinin, bu oyun görüşün yan hakimi Tofiq Bəhramovun İngiltərənin xeyrinə saydığı mübahisəli qol qərarına görə tarixə düşmüşdür. Bu çempionat, oyunları stadionlarda izləyən tamaşaçıların sayı üzrə rekordu 1994-cü il ABŞ-dəki çempionatadək, 28 il qorumuşdur.