1968 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1968 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1968; fr. Concours Eurovision de la chanson 1968) — sayca 13-cü Avroviziya Mahnı Müsabiqəsidir. Sendi Şounun ifa etdiyi "Puppet on a String" mahnısı ilə 1967 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1968-ci ildə Böyük Britaniya müsabiqəyə üçüncü dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı London şəhərində Royal Albert Hall-da keçirilmişdir. Müsabiqə 1968-ci ilin 6 aprel tarixində baş tutmuşdur.
1968 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 6 aprel 1968 |
Aparıcı(lar) | Keyti Boyl |
Kanal | , BBC |
Keçirilən yer | Royal Albert Hall, London, Böyük Britaniya |
Qalib mahnı | İspaniya "La, la, la" |
Seçki sistemi | Hər ölkədən on münsif vardı və onlar bəyəndikləri mahnılara xal verirdilər. |
İştirakçıların sayı | 17 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1967 1969 ► |
Bu müsabiqə rəngli yayımlanan ilk Avroviziya Mahnı Müsabiqəsi olaraq tarixə düşmüşdür. 17 ölkənin iştirak etdiyi müsabiqədə İspaniya təmsilçisi Massiel ifa etdiyi "La, la, la" mahnısı ilə cəmi bir səs fərqi ilə Avroviziya 1968-in qalibi olmuşdur. Bu İspaniyanın Avroviziyada ilk qalibiyyəti idi. Müsabiqədə qalib gələn mahnı "La, la, la" Avroviziya səhnəsində əslində tanınmış ispan müğənnisi olan Xuan Manuel Serrat tərəfindən ifa edilməli olduğu halda, Serratın mahnını Katalan dilində ifa etmək istəyi müğənninin İspaniya dövlət kanalı tərəfindən müsabiqədə iştirakdan kənarlaşdırılmasına səbəb olmuşdur. Nəticə olaraq Xuan Manuel Serrat TVE tərəfindən Massiel ilə əvəz edilmişdir.