1990 Avroviziya Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
1990 Avroviziya Mahnı Müsabiqəsi (ing. Eurovision Song Contest 1990; fr. Concours Eurovision de la chanson 1990) — sayca 35-ci Avroviziya Mahnı Müsabiqəsidir. "Riva" qrupunun ifa etdiyi "Rock Me" mahnısı ilə 1989 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1990-cı ildə Yuqoslaviya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində Vatroslav Lisinski konsert zalında keçirilmişdir. Müsabiqə 1990-cı ilin 5 may tarixində baş tutmuşdur.
1990 Avroviziya Mahnı Müsabiqəsi | |
---|---|
Final | 5 may 1990 |
Aparıcı(lar) | Helqa Vlahoviç Brnobiç Oliver Mlakar |
Kanal | JRT/RTZ |
Keçirilən yer | Vatroslav Lisinski konsert zalı, Zaqreb, Xorvatiya, Yuqoslaviya |
Qalib mahnı | İtaliya "Insieme: 1992" |
Seçki sistemi | Hər bir ölkənin münsif heyəti bəyəndikləri on mahnıya 12, 10, 8, 7-1 xallar verirdi |
İştirakçıların sayı | 22 |
İlk dəfə iştirak edən ölkələr | Olmayıb |
İştirakdan imtina edən ölkələr | Olmayıb |
İştirakçı xəritəsi
İştirak edən ölkələr İştirakdan imtina edən ölkələr | |
Avroviziya Mahnı Müsabiqəsi | |
◄ 1989 1991 ► |
Ümumilikdə 22 ölkənin iştirak etdiyi müsabiqədə İtaliyanı təmsil edən dünya şöhrətli müğənni Toto Kutunyo ifa etdiyi "Insieme: 1992" adlı mahnı ilə müsabiqənin qalibi seçilmişdir. Bu sonuncu dəfə Avroviziyada 1964-cü ildə Cilyola Çinkvettinin təmsilində qalibiyyət əldə etmiş İtaliyanın müsabiqədə 26 il sonra ikinci qələbəsi idi. 1990-cı ildə Avroviziyada səslənilən mahnıların bir çoxunun sözləri mərkəzi və şərqi Avropada həmin illərdə yeni başlayan demokratik çevrilişlərə həsr olunmuşdu.