2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsi — 12-ci ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 15 noyabr 2014-cü il tarixində Maltada Malta Gəmiqurucuculuğu Sarayında "#together" devizi altında keçirilmişdir. Malta müsabiqəyə ilk dəfə ev sahibliyi etmişdir. Həm də bu il üçüncü il olmuşdur ki, müsabiqəyə ev sahibliyini son dəfə müsabiqədə qalib olan ölkə etmişdir. 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində 16 ölkə iştirak etmişdir. Bu ölkələrdən İtaliya, Monteneqro və Sloveniya ilk dəfə olaraq müsabiqədə iştirak etmişdir. Eyni zamanda Xorvatiya 7 illik, Kipr 4 illik, Serbiya 3 illik və Bolqarıstan isə 2 illik fasilədən sonra müsabiqəyə qayıdıb. 2013-cü ildə müsabiqədə iştirak etmiş Azərbaycan, Makedoniya və Moldova isə 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirakdan imtina etmişdir.
2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
Final | 15 noyabr 2014 |
Aparıcı(lar) | Moira Delia |
Direktor | Vladislav Yakovlev |
Kanal | PBS |
Keçirilən yer | Malta Gəmiqurucuculuğu, Marsa, Malta |
Qalib mahnı | İtaliya "Tu primo grande amore" |
İştirakçıların sayı | 16 |
İlk dəfə iştirak edən ölkələr | İtaliya Monteneqro Sloveniya |
Yenidən iştirak edən ölkələr | Bolqarıstan Kipr Serbiya Xorvatiya |
İştirakdan imtina edən ölkələr | Azərbaycan Makedoniya Moldova |
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
◄ 2013 2015 ► |
Maltada keçirilən 2014 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Tu primo grande amore" mahnısı ilə İtaliya təmsilçisi Vinçentso Kantyello qalib gəlib. Müsabiqədə ilk dəfə iştirak edən İtaliyanın bu müsabiqədəki ilk qalibiyyəti oldu.