2014 FİFA Dünya Kuboku
XX Dünya Kuboku / From Wikipedia, the free encyclopedia
2014 FİFA Dünya Kuboku (ing. 2014 FIFA World Cup) — 2014-cü ildə Braziliyada kişilər arasında təşkil olunmuş sayca 20-ci FİFA Dünya Kuboku turniri. Turnirin Cənubi Amerikada təşkil olunmasına qərar verildikdən sonra, 30 oktyabr 2007-ci ildə Braziliyanın ev sahibliyi etməsi FİFA tərəfindən təsdiq edilmişdir.[1] Bu, Braziliyada 1950-ci ildə keçirilmiş Dünya kuboku yarışmasından sonra sayca ikinci, 1978-ci ildən sonra isə Cənubi Amerikada təşkil edilmiş ilk mundial olmuşdur.
2014 FİFA Dünya Kuboku | |
---|---|
Yarış məlumatları | |
Ev sahibi | Braziliya |
Tarix | 2014 |
Başlama tarixi | 12 iyun 2014 |
Bitmə tarixi | 13 iyul 2014 |
Komanda sayı | 32 |
Stadion sayı | 12 (12 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | Almaniya milli futbol komandası |
Çempion | Almaniya |
Gümüş medalçı | Argentina |
Bürünc medalçı | Niderland |
Dördüncü yer | Braziliya |
Yarış statistikası | |
Oyun sayı | 64 |
Qol sayı | 171 (matç başına: 2.67) |
Tamaşaçı sayı | 3429873 matç başına: 53592 |
Mükafat sahibləri | |
Bombardir(lər) |
Xames Rodriqes (6 qol) |
Ən yaxşı oyunçu | Lionel Messi |
Ən yaxşı gənc oyunçu | Pol Poqba |
Ən yaxşı qapıçı | Manuel Noyer |
Fair Play mükafatı | Kolumbiya |
← 2010 2018 → | |
Vikianbarda əlaqəli mediafayllar |
31 ölkənin milli komandaları Dünya Kubokuna vəsiqə qazanmaq üçün 2011-ci ilin iyun ayında başlayan təsnifat mərhələsində mübarizəyə qoşulmuşdular. 20 noyabr 2013-cü ildə isə seçmə qrupları tamamlanmış və qrup mərhələsinə qatılan ölkələr müəyyən olunmuşdur. Oyunlar yeni inşa edilmiş və yeniləşdirilmiş 12 fərqli şəhərdə olan 12 stadionda oynadılmışdır. Ev sahibi ölkə ilə yanaşı 1930-cu ildə keçirilən ilk Dünya Kubokundan bəri Dünya çempionu titulunu qazanmış bütün ölkələr (Uruqvay, İtaliya, Almaniya, İngiltərə, Argentina, Fransa və İspaniya) turnirdə mübarizə etmə hüququ qazanmışdılar.
Dünya Kubokunun tarixində ilk dəfə "goal-line" texnologiyası tətbiq olunmuşdur. Həmin texnologiya mübahisəli məqamlarda topun qapı xəttini keçib-keçməməsini müəyyən edir.[2]
Final görüşü Braziliyanın Rio de Janeyro şəhərində yerləşən Marakana stadionunda keçirilmişdir. Həmin oyunda Almaniya millisi əlavə vaxtda Mario Götzenin vurduğu yeganə qol sayəsində Argentina millisini məğlub edərək, tarixində dördüncü dəfə dünya çempionatının qalibi titulunu qazandı.
Bir oyunda vurulmuş qolların sayına görə, çempionatın ən böyük nəticəsi yarımfinal mərhələsində keçirilmiş Braziliya — Almaniya oyununda qeydə alınmışdır. Həmin qarşılaşmada Almaniya Braziliyanı 7 : 1 hesabı ilə məğlub edərək, tarixdə ən böyuk hesablı qələbərdən birinə nail olmuşdur. Ev sahibinin əvvəlcədən bu turnirdə uğurla çıxış edərək, çempionatın favoritlər sırasına daxil olmasına baxmayaraq,[3][4][5][6] Braziliya yığma komandasının baş məşqçısi Luis Felipe Skolari istefa üçün müraciət etmış və bu istefa Braziliya — Niderland oyunundan sonra qəbul edilmişdir.[7]