2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsi
From Wikipedia, the free encyclopedia
2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsi (ing. Junior Eurovision Song Contest 2018) — sayca 16-cı ənənəvi Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 25 noyabr 2018-ci il tarixində "#LightUp" devizi altında Belarusun paytaxtı Minsk şəhərində keçiriləcəkdir. Bu Belarusun Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ikinci ev sahibliyi olmuşdur. Müsabiqəyə Yevqeniy Perlin, Zinaida Kupriyanoviç və 2017 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Belarusu təmsil etmiş Helena Meraai aparıcılıq etmişdir.
2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
---|---|
Final | 25 noyabr 2018 |
Aparıcı(lar) | Yevqeniy Perlin Zinaida Kupriyanoviç Helena Meraai |
Direktor | Yon Ola Sand |
Kanal | BTRC |
Keçirilən yer | Minsk-Arena, Minsk, Belarus |
Qalib mahnı | Polşa "Anyone I Want To Be" |
Seçki sistemi | 50% peşəkar münsif səsverməsi 50% onlayn səsvermə |
İştirakçıların sayı | 20[1] |
İlk dəfə iştirak edən ölkələr | Qazaxıstan Uels |
Yenidən iştirak edən ölkələr | Azərbaycan Fransa İsrail |
İştirakdan imtina edən ölkələr | Kipr |
Avroviziya Uşaq Mahnı Müsabiqəsi | |
◄ 2017 2019 ► |
2 avqust 2018-ci il tarixdə Avropa Yayım İttifaqı 20 ölkənin Minskdə keçirilən müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir[1]. Bu ölkələrdən Qazaxıstan və Uels müsabiqə tarixində ilk dəfə iştirak edəcəklər. Bundan əlavə 13 illik fasilədən sonra Fransa, dörd illik fasilədən sonra Azərbaycan və bir il sonra İsrail müsabiqəyə geri dönmüşdür. 2017-ci ildə müsabiqədə iştirak etmiş Kipr isə maliyyə çətinlikləri səbəbi ilə iştirakdan imtina etmişdir.
Minskdə keçirilən 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Anyone I Want To Be" mahnısı ilə Polşa təmsilçisi Roksana Veqel qalib gəldi. Bu Polşanın müsabiqədə ilk qalibiyyəti oldu.