2018 FİFA Dünya Kuboku
21-ci FİFA Dünya Kuboku turniri / From Wikipedia, the free encyclopedia
2018 FİFA Dünya Kuboku — Futbol üzrə XXI Dünya Çempionatı. Turnirin ev sahibi 2 dekabr 2010-cu ildə keçirilən səsvermə nəticəsində qalib gələn Rusiyadır. Turnirdəki oyunlar 12 fərqli stadionda 14 iyun 2018 – 15 iyul 2018 tarixləri arasında keçirilmişdir.[2]
2018 FİFA Dünya Kuboku | |
---|---|
Чемпионат мира по футболу 2018 | |
Yarış məlumatları | |
Ev sahibi | Rusiya |
Tarix | 14 iyun - 15 iyul |
Başlama tarixi | 14 iyun 2018 |
Bitmə tarixi | 15 iyul 2018 |
Komanda sayı | 32 |
Stadion sayı | 12 (11 ev sahibi şəhərdə) |
Yekun nəticəsi | |
Çempion | Fransa milli futbol komandası |
Çempion | Fransa (2-ci dəfə) |
Gümüş medalçı | Xorvatiya |
Bürünc medalçı | Belçika |
Dördüncü yer | İngiltərə |
Yarış statistikası | |
Oyun sayı | 64 |
Qol sayı | 169 (matç başına: 2.64) |
Tamaşaçı sayı | 3031768 matç başına: 47371 |
Mükafat sahibləri | |
Bombardir(lər) | Harri Keyn (6 qol) |
Ən yaxşı oyunçu | Luka Modriç[1] |
Ən yaxşı gənc oyunçu | Kilian Mbappe[1] |
Ən yaxşı qapıçı | Tibo Kurtua[1] |
Fair Play mükafatı | İspaniya[1] |
← 2014 2022 → | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu mundial Rusiyanın ev sahibliyini etdiyi ilk Dünya Kuboku oldu. Rusiya Futbol Federasiyası tərəfindən təşkil olunmuş turnir, həm də Şərqi Avropada keçirilən ilk mundial olmaqla yanaşı[3] , həm də sayca 11-ci dəfə Avropada keçirilən mundial oldu. İlk dəfədir ki, Dünya Çempionatı iki qitədə – Avropa və Asiyada keçirildi.[4] Turnir üçün 14,2 milyard $ pul xərcləndi. Bununla da bu mundial indiyə qədər ən bahalı mundial olaraq tarixə keçdi.[5] Bununla yanaşı, Dünya Çempionatları tarixində ilk dəfə məhz bu turnirdə Video köməkçi hakim sistemindən (VAR) istifadə olundu.[6][7]
Bu ilki mundialda da 32 komanda iştirak etmişdir. Bu komandalardan 31-i təsnifat mərhələsində rəqiblərindən üstün olaraq çempionatda iştirak etməyə vəsiqə qazandı. Ev sahibi ölkə olduğu üçün Rusiyanın avtomatik olaraq Dünya Kubokunda oynaması öncədən təsdiqlənmişdi. Bu 32 komandadan 20-si, o cümlədən son çempion Almaniya 2014-cü ildəki mundialda oynamışdı. Bununla bərabər, İslandiya və Panama futbol tarixlərində ilk dəfə məhz bu il Dünya Kubokunda oynamışdır. 64 oyunun nəticəsində çempionun bəlli olacağı mundial 11 şəhərdəki 12 stadionda keçirildi. Final matçı 15 iyulda Moskvadakı Lujniki stadionunda, Fransa və Xorvatiya milliləri arasında oynanıldı. Fransa Xorvatiyaya 4–2 hesabı ilə qalib gəlməklə futbol tarixində 2-ci dəfə Dünya Çempionu oldu. Beləliklə, bu mundialda da Avropa ölkələrindən birinin qalib gəlməsi ilə birlikdə bu tendensiya ardıcıl dördüncü dəfə təkrarlanmış oldu. (2006-da İtaliya, 2010-da İspaniya, 2014-də Almaniya qalib gəlmişdi)
Bu ilki mundialda qalib gəlməklə Fransa 2021 FİFA Konfederasiyalar Kubokunda da iştirak etmək hüququnu əldə etdi.