2018 FİFA Dünya Kuboku H qrupu
From Wikipedia, the free encyclopedia
2018 FİFA Dünya Kuboku H qrupu nda oyunlar 19-28 iyun 2018 tarixlər arasında oynanıldı.Qrupdakı komandalar Polşa, Kolumbiya, Seneqal, Yaponiya millilərindən ibarətdir.Qrupda ilk iki yeri tutan Kolumbiya və Yaponiya milliləri 1/8 finala yüksəldilər.
Dünya Kubokları tarixində ilk dəfə məhz bu qrupda növbəti mərhələyə keçəcək komandanı müəyyənləşdirmək üçün "fair-play" qaydalarından istifadə edildi.Belə ki,Yaponiya və Seneqal milliləri əsas Klassifikasiya qaydalarına əsasən 2-ci yeri tutmuşdular.Lakin Yaponiya Seneqaldan daha az sarı kart aldığı üçün 1/8 final mərhələsinə yüksəldi.[1][2]