Açıq Cəmiyyət Fondları
From Wikipedia, the free encyclopedia
Əvvəllər Açıq Cəmiyyət İnstitutu adlanan Açıq Cəmiyyət Fondları (ing. OSF) — biznes maqnatı Corc Soros tərəfindən yaradılmış qrantlar şəbəkəsi.[1] Açıq Cəmiyyət Fondları ədaləti, təhsili, ictimai sağlamlığı və müstəqil medianı inkişaf etdirmək məqsədilə bütün dünyada vətəndaş cəmiyyəti qruplarına maliyyə dəstəyi verir. Qrupun adı Karl Popperin 1945-ci ildə yazdığı "Açıq Cəmiyyət və Onun Düşmənləri" kitabından ilhamlanıb.
Açıq Cəmiyyət Fondları OSI | |
---|---|
Növü | Vəqf |
Yaranma tarixi | aprel 1993 |
Mərkəzi | |
Qurucusu | |
Sədr | Corc Soros |
opensocietyfoundations.org | |
Vikianbarda əlaqəli mediafayllar |
2015-ci ildən etibarən OSF-nin Qərbi Afrika üçün Açıq Cəmiyyət Təşəbbüsü və Cənubi Afrika üçün Açıq Cəmiyyət Təşəbbüsü kimi bir qrup ölkə və regional fondları əhatə edən 37 ölkədə filialları var idi; onun qərargahı Nyu Yorkda ing. 224 West 57th Street ünvanındadır. 2018-ci ildə OSF Macarıstan hökuməti tərəfindən fondun fəaliyyətini hədəfləyən qanunvericiliyə cavab olaraq Budapeştdəki Avropa ofisini bağladığını və Berlinə köçdüyünü elan etdi.[2] 2021-ci ilə kimi OSF 1993-cü ildə yarandığı gündən bəri 16 milyard dollardan çox xərclər, əsasən təşkilatın missiyasına uyğun olaraq QHT-lərə verilən qrantlar barədə məlumat verib.[3]