Ağ Drin kanyonu
From Wikipedia, the free encyclopedia
Ağ Drin kanyonu və ya Ağ drin dərəsi (alb. Gryka e Drinit të Bardhë; serb. Кањон Белог Дрима) — Qismən tanınmış Kosovo Respublikasının cənub-qərbində yerləşən kiçik kanyon. Kanyon ərazisindən Ağ Drin çayı axır. Kanyon elə də böyük deyildir. Onun uzunluğu 900 metr, hündürlüyü isə 45 metr təşkil edir. Kanyonun girəcəyində Osmanlı imperiyası dönəmindən qalma Şvan körpüsü yerləşir. Bu isə Balkan yarımadasından dalğıcları əraziyə cəlb edir. Kanyonun hidroloji və geomorfoloji əhəmiyyəti nəzərə alınaraq 1986-cı ildə dövlət tərəfindən təbiət abidəsi kimi qoruma altına alınmışdır.[1][2]
Cəld faktlar Ümumi məlumatlar, Dərinliyi ...
Ağ Drin kanyonu | |
---|---|
alb. Gryka e Drinit të Bardhë, serb. Кањон Белог Дрима | |
Ümumi məlumatlar | |
Dərinliyi | 45 |
Uzunluğu | 900 |
Aid olduğu çay hövzəsi | Ağ Drin |
Yerləşməsi | |
42°21′01″ şm. e. 20°32′35″ ş. u. | |
ölkə | Kosovo |
Vikianbarda əlaqəli mediafayllar |
Bağla